20 
iyn
2023
17:00
731

Mübariz Mənsimovun atası vəfat etdi

20 iyn, 2023
17:00
731

Mübariz Mənsimovun atası vəfat etdi - FOTO

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimova ağır itki üz verib.

Den.az xəbər verir ki, Mübariz Mənsimovun atası Qurban Məcid oğlu Mənsimov İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.

15 fevral 1937-ci ildə Azərbaycanın Masallı rayonunun Miyanku kəndində anadan olan Qurban Mənsimov uzun Bakı limanında fəhlə işləyib və göstərdiyi nəticələrə görə, keçmiş SSRİ dövründə bir çox yüksək orden və medallara layiq görülüb. Qurban Mənsimov 9 uşaq atası idi.
Allah rəhmət eləsin
QEYD: Qurban Mənsimov, vəsiyyətinə əsasən, 21 iyunda, yəni sabah Bakı şəhərində qızı Nüşabənin yanında dəfn ediləcək.
Dəfn mərasimi ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, M.Mənsimovun atası uzun müddət idi ağır xəstəlikdən müalicə alırdı.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar