21 
iyn
2023
17:37
381

Qubada elektrik cərəyanı inəyi vuraraq öldürdü, vətəndaşa ziyan dəydi

21 iyn, 2023
17:37
381

Qubada elektrik cərəyanı inəyi vuraraq öldürdü, vətəndaşa ziyan dəydi - ANBAAN VİDEO

Qubada küçədən keçən inəyi elektrik cərəyanı vuraraq öldürüb.

"DEN.az"-ın Şimal bürosunun məlumatına görə, hadisə rayonun Qələdüz kəndində qeydə alınıb.
Belə ki, 20 iyun 2023-cu il tarixdə, axşamüstü naxırdan qayıdan iribuynuzlu heyvanlar kənd içindəki metal tora toxunarkən inəyi elektrik cərəyanı vuraraq öldürüb. Metal tora yaxinlıqdakı elektrik dirəyindən cərəyan keçdiyindən inəyi vurması ehtimal edilir. Hadisə, anbaan yaxınlıqdakı nəzarət kamerası tərəfindən də qeydə alınıb.
  Hadisə ilə bağlı inəyin sahibi kənd sakini Əliyev Hünər Mətləb oğlu bildirir ki, ona iki min manat ziyan dəyib. Hadisə ilə bağlı DİN-nin 102 qaynar xəttinə, kənd icra nümayəndəsi nümayəndəsi və kənd bələdiyyəsinin sədrinə məlumat verilib. Hadisə yerinə gələn kənd icra nümayəndəsi nümayəndəsi və kənd bələdiyyəsinin sədri dəymiş ziyanın ödənilməsində çətinlik çəkdiklərini bildiriblər. Vətəndaş ziyanın ödənilməsi üçün kimə müraciət edəcəyini bildirir. 
Qeyd edək ki, inəyin cəmdəyi hələ də hadisə yerində qalıb. Cəmdək bir müddət də orada qaldıqda, çürüyərək  antisanitar vəziyyət yaradacaq.
Aydın Adıgözəlov
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar