22 
iyn
2023
01:48
355

Dağıstanda avtobus qəzası: 8 ölü, 16 yaralı - FOTO

22 iyn, 2023
01:48
355

Dağıstanda avtobus qəzası: 8 ölü, 16 yaralı - FOTO

Dağıstanda, Qafqaz şossesində sərnişin avtobusu minik avtomobili və “Kamaz” markalı avtomobillə toqquşub.
Bu barədə bölgənin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

“Dağıstanın Kizlyar rayonunun Koxanovka kəndi yaxınlığında R-217 federal yolunda, Moskvadan Xasavyurt istiqamətində hərəkət edən minik avtomobili, “Kamaz” yük avtomobili və sərnişin avtobusu toqquşub”, - məlumatda bildirilib.
Mətbuat xidməti qəza nəticəsində 8 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını qeyd edib.
Vurğulanıb ki, avtobus Moskvadan Xasavyurta gedib və içərisində 25 nəfər olub. Hazırda polis hadisə yerində qəzanın səbəblərini araşdırır.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar