22 
iyn
2023
17:10
412

Şeyx Mübariz Mənsimovun atasının yas mərasiminə getdi (FOTO)

22 iyn, 2023
17:10
412

Şeyx Mübariz Mənsimovun atasının yas mərasiminə getdi (FOTO)

Bu gün Bakıda Heydər məscidində “Palmali Holdinq”in prezidenti Mübariz Mənsimovun mərhum atası Qurban Mənsimovun üç mərasimi təşkil olunub.

Den.az xəbər verir ki, bu barədə “Palmali Group”un mətbuat katibi Fidan Quliyeva məlumat verib.

O, bildirib ki, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, şəhid ailələri və qazilər, o cümlədən, iş adamları, incəsənət, idman və ictimaiyyət nümayəndələri iştirak edib.

Qurban Mənsimovun 40 mərasimi iyulun 29-da Heydər məscidində təşkil olunacaq.

Qeyd edək ki, Mübariz Mənsimov qüvvədə olan məhkəmə qərarına əsasən, Türkiyəni tərk edə bilmədiyi üçün, mərasimdə iştirak edə bilməyib.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar