30 
iyn
2023
10:35
292

Şabranda vurulan piyadanın kimliyi və onu vuran avtomobil məlum olub

30 iyn, 2023
10:35
292

Şabranda vurulan piyadanın kimliyi və onu vuran avtomobil məlum olub -FOTO

Gecə saat 04 radələrində Gəndab-Yalama yolunun Şabran rayonunun Padar kəndindən keçən hissəsində avtomobillə vurulan və yerindəcə ölən piyadanın kimliyi məlum olub.  
"Den.az"ın Şimal bürosunun məlumatına görə, yol kənarında tapılan kişi meyitinin Şabran rayonunun Zeyvə kənd sakini Elman Ənvər oğlu Məmmədov olduğu məlum olub. 

Polis araşdırması nəticəsində piyadanın Bakı şəhər sakini Dmitri Sergeyeviç Hrenovun idarə etdiyi "Ford" markalı avtomobillə vurduğu məlum olub. 

Qeyd edək ki, faktı Baş Dövlət Yol Polisi İdarəsinin "İstintaq və təhqiqat şöbəsi" araşdırır.  

Aydın Adıgözəlov
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar