Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a məlumat verib.
Bildirilib ki, iyun ayının 15-də Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə Ağstafa Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, nəqliyyatın hərəkəti bərpa olunub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Ağstafa rayon sakini Vilayət Nəbiyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil Bakı istiqamətində hərəkətdə olan zaman yolun kənarında dayanmış Kamal Əsədova məxsus VAZ-2172 markalı avtomobillə toqquşub.
Toqquşmadan əvvəl sərnişin 1999-cu il təvəllüdlü Hidayət Hüseynov avtomobildən düşmək istəyib. Bu zaman o, hər iki avtomobilin arasında qalaraq xəsarət alıb, aparıldığı Ağstafa Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Ağstafada sərnişin 2 avtomobil arasında qalaraq ölüb

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.