30 
iyn
2023
18:22
142

AZAL bütün istiqamətlərə qiymətləri ENDİRDİ

30 iyn, 2023
18:22
142

AZAL bütün istiqamətlərə qiymətləri ENDİRDİ

“Azərbaycan Hava Yolları” Qurban bayramı münasibətilə aviabiletlərə 20% güzəşt təqdim edir. Endirimli aviabiletləri 28 iyun-2 iyul tarixləri aralığında əldə etmək mümkündür. Təklif aviaşirkətin bütün istiqamətləri üzrə 2023-cü il 20 sentyabr-20 dekabr daxil olmaqla mövcud olan bir tərəfə və ya gediş-gəliş aviabiletlərinə şamil olunur. Aviaşirkətin bu təşəbbüsü sayəsində sərnişinlər payız tətilini öncədən planlaşdıra biləcəklər. 20% güzəşt çarter, kod-şerinq və Tel-Əviv reysləri istisna olmaqla, AZAL-ın bütün reyslərinə şamil edilir.


Endirimli aviabiletləri kassalarda və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərində, həmçinin callcenter@azal.az elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət edərək əldə etmək mümkündür. AZAL dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edir, möhkəm cansağlığı və əmin-amanlıq, həmçinin edilən duaların qəbul olunmasını və arzuların həyata keçməsini arzulayır. Qurban bayramınız mübarək olsun! 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar