28 
may
2023
17:47
281

Qubada 32 yaşlı kişini bıçaqlayan şəxsin kimliyi məlum olub.

28 may, 2023
17:47
281

Qubada 32 yaşlı kişini bıçaqlayan şəxsin kimliyi məlum olub. YENİLƏNİB

Qubada 32 yaşlı kişini bıçaqlayan şəxs qaçıb, axtarışları davam etdirilir

Quba şəhərində bıçaqlanma hadisəsi baş verib

"DEN.az"-ın məlumatına görə ,hadisə Quba şəhəri ərazisində baş verib. İlkin məlumata görə, hadisə "Köhnə avtovağzal" ərazisində Niva markalı avtomobilin içində baş verib. Hadisəni törədən Muradov Elman Telman oğlu daha sonra hadisə yerindən qaçıb.
Hazırda Muradov Elman Telman oğlunun tapılması istiqamətində polis tərəfindən axtarış işləri aparılır.
Qeyd edək ki, bu gün, rayonun Qam-qam kənd sakini 1991-ci il təvəllüdlü Ağayev Seyfəddin Cahangir oğlu bıçaq xəsarətləri alıb. S. Ağayev xəstəxanaya yerləşdirilib. Ona "Qarnın ön divarının kəsilmiş-deşilmiş açıq yarası" diaqnozu qoyulub. Yaralı üzərində hazırda Quba Rayon Mərkəzi Xəstəxanasının II korpusunda cərrahiyyə əməliyyatı əməliyyatı aparılır.
.....
Quba şəhərində bıçaqlanma hadisəsi baş verib

"DEN.az" xəbər verir ki, hadisə, Quba şəhəri ərazisində baş verib. Belə ki, rayonun Qam-qam kənd sakini 1991-ci il təvəllüdlü Ağayev Seyfəddin Cahangir oğlu bıçaq xəsarətləri alıb. S. Ağayev xəstəxanaya yerləşdirilib. Ona "Qarnın ön divarının kəsilmiş-deşilmiş açıq yarası" diaqnozu qoyulub. Yaralı üzərində hazırda Quba Rayon Mərkəzi Xəstəxanasının II korpusunda cərrahiyyə əməliyyatı əməliyatı aparılır.

Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar