
Qaxda bədbəxt hadisə, ana və azyaşlı övladı ocaqda yandı

Qaxda bədbəxt hadisə, ana və azyaşlı övladı ocaqda yandı - FOTO
Qax rayonunda ana və azyaşlı övladı ocaq yandırarkən yanıq xəsarətləri alıb.
“Den.az” saytının yerli bürosu xəbər verir ki, hadisə rayonun Marsan kəndində baş verib. Kənd sakini 29 yaşlı Nəsibə Məmmədova benzindən istifadə edərək həyətlərindəki sobanı yandırmaq istəyib. Ehtiyatsızlıqdan əlindəki benzin qabı alışıb. Nəticədə Nəsibə Məmmədova və həmin vaxt yanında olan övladı, 6 yaşlı Raziyyə Məmmədli yanıq xəsarətləri alıblar. Xəsarət alan ana və qızı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara lazımi tibbi yardım göstərilib, hazırda vəziyyətləri orta ağır qiymətləndirilir.
Xəstəxanadan bildirilib ki, “Anada bud nahiyəsində 2-ci dərəcəli termiki yanığı var, uşaqda hər 2 qol və boyun nahiyəsində termiki yanıq xəsarəti alıb. İkisinin də bədən setinin 10-19 faizə yaxın yanıb.
Faktla bağlı araşdırma aparılır.
Den.az