Xəbərin Kateqoriyası: Xəbərlər

Bu şəhərə 1 ildə 300 milyon turist gəlib

 
Ötən il Çinin paytaxtı Pekinə 297 milyon yerli və xarici turist səfər edib. Bu rəqəm əvvəlki illə müqayisədə 4,3 faiz çoxdur.
Den.Az AZƏRTAC-a istinadən bildirir ki, Pekin bələdiyyəsinin turizm komissiyasının rəhbəri Sun Yü keçən il şəhərin turizm sektorunun dövriyyəsinin 546,9 milyard yuana (86,4 milyard ABŞ dolları) çatdığını bildirib. Ötən il şəhərdə 171 yeni turizm proqramı icra olunub. Bundan başqa, əcnəbi turistlər üçün Çin təbabəti, muzey və tarixi abidələrlə bağlı marşrutların sayı artırılıb.
Sun Yü paytaxt rəhbərliyinin şəhərin turizm dövriyyəsini cari ildə 7 faiz artırmağı qarşıya məqsəd qoyduğunu açıqlayıb. Bu hədəfə nail olmaq məqsədilə əcnəbi turistlər üçün 144 saatlıq vizasız rejimin tətbiq olunduğu ölkələrin və "Tax free" sisteminə qoşulan ticarət mərkəzlərinin sayı artırılacaq.
скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız