avq
2023
21:17
265

Yevlax sakinləri Mingəçevirdə su anbarında batdı-FOTO

4 avq, 2023
21:17
265

Yevlax sakinləri Mingəçevirdə su anbarında batdı-FOTO

Mingəçevir su anbarı ərazisindəki çimərlikdə iki nəfər batıb.

"DEN.AZ" xəbər verir ki,  Yevlax rayon sakinləri olan 16 yaşlı Onur Oruclu və  Hüseyn Qurbanov havanının küləkli olmasına baxmayaraq su anbarında çimmək qərarına gəlib. 

Onlar suya daxil olub bir qədər çimdikdən sonra ətrafdakılar onların boğulduğunu görüb. Hadisə şahidlərinin sözlərinə görə, onlardan biri batan zaman digəri ona kömək etməyə cəhd edib. Bu zaman hər iki şəxs boğulub.  Çimərlik ərazisində batan hər iki şəxsin axtraışlarına FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.  Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin 2007-ci il təvəllüdlü Onur Oruclunun meyiti sudan çıxarılaraq aidiyyati üzrə təhvil verilib. 
Digər şəxsin axtarışları davam etdirilir.



Bizimlə əlaqə saxlayın

Çox oxunanlar