iyn
2023
11:15
226

8 gün əvvəl itkin düşən şəxsin yanmış meyiti tapıldı

2 iyn, 2023
11:15
226

8 gün əvvəl itkin düşən şəxsin yanmış meyiti tapıldı

Mayın 25-də itkin düşən Qax şəhər sakini, 1953-cü il təvəllüdlü Davud Yusifovun yanmış meyiti rayon ərazisində aşkar edilib.

Den.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

70 yaşlı Davud Yusifovun meyiti bu gün səhər saatlarında Kürmük çayı yaxınlığında tapılıb. Meyitin üzərində yanıq xəsarətləri olub. İlkin ehtimala görə, D. Yusifov özünü yandıraraq intihar edib.

Qeyd edək ki, D. Yusifov mayın 25-i yaşadığı evdən çıxıb geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar