20 
avq
2023
20:04
222

Zelenski “F-16”lar üçün Niderlanda səfər edib

20 avq, 2023
20:04
222

Zelenski “F-16”lar üçün Niderlanda səfər edib - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Niderlanda səfər edib.

"Den.az" xəbər verir ki, bu barədə dövlət başçısı özünün sosial şəbəkə hesabından bildirib.


Onun sözlərinə görə, burada “F-16” qırıcılarının tədarükü məsələsini müzakirə etməyi planlaşdırır.
“Birinci xanım və komanda ilə birlikdə Niderlanda gəldik. Qarşıda bizi həmişə olduğu kimi, cənab Baş nazir Mark Rutte ilə substantiv danışıqlar gözləyir. Əsas məsələ Ukrayna üçün “F-16”dır”, - deyə prezident “Telegram” kanalında yazıb.


Zelenski bundan əlavə Qlobal Sülh Sammiti, eləcə də onun sülh formulunun gündəmdə olduğunu vurğulayıb.


Ukrayna prezidenti artıq Eyndhoven hərbi aviabazasında “F-16” təyyarələrinə baxıb. Ukrayna dövlət başçısının Niderlandın baş naziri ilə görüşündən sonra mətbuat konfransının bu bazada keçiriləcəyi gözlənilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar