Liderlər xüsusilə Kaxovka su elektrik stansiyasında baş verən partlayışla bağlı vəziyyəti müzakirə ediblər.
Söhbət zamanı Prezident R.T. Ərdoğan bildirib ki, Kaxovka SES-də baş vermiş partlayışın ətraflı təhqiqatı üçün hər iki tərəfin, eləcə də BMT və beynəlxalq ictimaiyyətin, o cümlədən Türkiyə ekspertlərinin iştirakı ilə komissiya yaradıla bilər. R.T. Ərdoğan Türkiyənin bununla bağlı mümkün olan hər şeyi etməyə hazır olduğunu bildirib və həmçinin bu məsələdə “taxıl təşəbbüsü”ndə olduğu kimi danışıqlar metoduna əməl oluna biləcəyinə ümid etdiyini deyib.
Bundan əlavə, Türkiyə Prezidenti ölkəsinin ədalətli sülhün bərqərar olması üçün səylərini qətiyyətlə davam etdirəcəyini qeyd edib.
V. Zelenski isə vurğulayıb ki, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması, eləcə də qanunsuz həbsdə olan ukraynalıların, xüsusilə Krım tatarlarının geri qaytarılması, taxıl təşəbbüsünün davam etdirilməsi və genişləndirilməsi məsələsində Türkiyənin səsi vacibdir.
Mənbə: rbc.ua
Zelenski Ərdoğanla Ukraynadakı vəziyyəti müzakirə edib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.