Xəbərin Kateqoriyası: Xəbərlər

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinə start verilir

 
Sentyabrın 19-da UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinə start veriləcək.
Den.az xəbər verir ki, gün ərzində 24 qarşılaşma oynanılacaq. A qrupunda yer alan Ağdamın "Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda İspaniyanın "Sevilya” komandasını qəbul edəcək. Görüş saat 20:55-də başlayacaq. Bu qrupun digər oyununda Kiprin APOEL və Lüksemburqun "Düdelanj” komandaları üz-üzə gələcəklər.
Turnirin digər oyunları aşağıdakılardır:

B qrupu:
"Dinamo” (Kiyev, Ukrayna) – "Malmö” (İsveç),
"Kopenhagen” (Danimarka) – "Luqano” (İsveçrə).

C qrupu:
"Bazel” (İsveçrə) – "Krasnodar” (Rusiya),
"Xetafe” (İspaniya) – "Trabzonspor” (Türkiyə).

D qrupu:
"PSV Eyndhoven” (Hollandiya) – "Sportinq” (Portuqaliya),
LASK (Avstriya) – "Rusenborq” (Norveç).

E qrupu:
"Renn” (Fransa) – "Seltik” (Şotlandiya),
"ÇFR Kluj” (Rumıniya) – "Latsio” (İtaliya).

F qrupu:
"Ayntraxt” (Almaniya) – "Arsenal” (İngiltərə),
"Standard Liq” (Belçika) – "Vitoriya” (Portuqaliya).

G qrupu:
"Portu” (Portuqaliya) – "Yanq Boyz” (İsveçrə),
"Reyncers” (Şotlandiya) – "Feyenoord” (Hollandiya).

H qrupu:
"Ludoqorets” (Bolqarıstan) - MOİK (Rusiya),
"Espanyol” (İspaniya) – "Ferentsvaroş” (Macarıstan).

I qrupu:
"Volfsburq” (Almaniya) – "Aleksandriya” (Ukrayna),
"Gent” (Belçika) – "Sent-Etyen” (Fransa).

J qrupu:
"Roma” (İtaliya) – "İstanbul Başakşehir” (Türkiyə),
"Borussiya” (Mönxenqladbax, Almaniya) – "Volfsberq” (Avstriya).

K qrupu:
"Vulverhempton” (İngiltərə) – "Braqa” (Portuqaliya),
"Slovan” (Slovakiya) – "Beşiktaş” (Türkiyə).

L qrupu:
"Mançester Yunayted” (İngiltərə) – "Astana” (Qazaxıstan),
"Partizan” (Serbiya) - AZ (Alkmaar, Hollandiya).

Qeyd edək ki, A, B, C, D, E və F qruplarındakı oyunlar Bakı vaxtı ilə saat 20:55-də, G, H, I, J, K , L qruplarının görüşləri isə saat 23:00-da başlayacaq.
скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız