25 
avq
2023
01:51
218

Putinə çağırış: “Mənasız savaşla heç nə əldə etməyəcəksən”

25 avq, 2023
01:51
218

Putinə çağırış: “Mənasız savaşla heç nə əldə etməyəcəksən”

“BMT-dən Prezident Putinə açıq və şəffaf meşajımı göndərmək istəyirəm. Ukraynaya, ukraynalı uşaqlara, dünyadakı insanların qidasına qarşı başlatdığın mənasız savaşla heç nə əldə etməyəcəksən. Amerika Birləşmiş Ştatları bundan sonra Ukraynanın arxasında daha da möhkəm dayanmağa davam edəcək”.

Den.az bildirir ki, “Report”un ABŞ bürosu xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild BMT Təhlükəsizlik Şurasının (TŞ) Ukraynanın Müstəqillik Gününün 32-ci ildönümü ilə bağlı keçirdiyi iclasında deyib.

Avqust ayında BMT TŞ-yə ev sahibliyi edən ABŞ-nin BMT-dəki daimi nümayəndəliyinin dəvəti ilə baş tutan iclasda üzv ölkələrin təmsilçiləri Rusiyanın Ukraynaya qarşı başlatdığı və hələ də davam edən müharibənin acı nəticələrindən danışıb, BMT və Türkiyənin səylərinə baxmayaraq, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünü dayandırmaqla dünyanın ərzaq təhlükəsizliyini zərbə altında qoyduğu bildirilib.

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild çıxışında vurğulayıb ki, Rusiyanın Ukraynanın dəniz limanlarını hədəf alması onu deməyə əsas verir ki, Putin dünyanın ərzaq təhlükəsizliyinin təminatında maraqlı deyil. Ötən müddət ərzində Ukrayna xalqının ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün verdiyi mübarizəni alqışladığını bildirən amerikalı diplomat Amerikanın Ukraynanı haqlı mübarizəsində bundan sonra da dəstəkləyəcəyini açıqlayıb: “Putin məğlub olub, həm də çarəsizcə məğlub olub. Ukrayna xalqı ilk gündən cəsurca ayağa qalxmaqla ölkəsinin müstəqiliyini və suverenliyini müdafiə edib. Bu gün bunu qeyd etməyə dəyər. Ukraynalılar bu gündə öz müstəqilliklərini qorumaq üçün mübarizələrini davam etdirirlər”.

Linda Tomas-Qrinfild BMT-yə üzv ölkələrə səslənərək hər bir ölkənin Rusyanın müharibəni seçdiyi üçün təqsirkar bilməyə çağırıb: “Xüsusilə qeyd etməliyəm ki, Ukraynaya qarşı müharibə BMT qətnamələrinə, beynəlxaq hüquqa qarşı yönəlmiş bir savaşdır. Rusiya bununla da həm də dünyanın qida bazarına müharibə etmiş oldu. Rusiyanın qəsdən dünyanın ərzaq təminatına dağıdıcı zərbə vurması bu müharibə ilə gözlənilən idi. İndi dünyada insanlar, xüsusilə Orta Şərq və Afrika ölkələri qida çatışmazlığı ilə üz-üzədirlər. Bu gün Rusiyanın Ukraynanın dəniz limanlarına və yaşayış yerlərinə endirdiyi dağıdıcı zərbələrin əks olunduğu fotoları görə bilərsiniz. Ötən ay Rusiya Qara dəniz Taxıl sazişinin fəaliyyətini dayandırdı. Həmin saziş inkişaf etməkdə olan ölkələrin qida təminatında yeganə qapı rolunu oynayırdı. Belə davranışlar məsuliyyəti olan, öhdəliklərə sahib bir ölkənin davranışları deyil”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar