25 
avq
2023
10:30
171

İxtisas seçən 56019 abituriyent ərizəsini təsdiq edib - DİM

25 avq, 2023
10:30
171

İxtisas seçən 56019 abituriyent ərizəsini təsdiq edib - DİM

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Abituriyentlər 28 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Den.az-a verilən məlumata görə, 25 avqust saat 09:45-ə olan məlumata əsasən, 56019 abituriyent ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.


Məlumat üçün qeyd edək ki, ixtisas seçimi ilə bağlı abituriyentlərə kömək etmək məqsədilə yaradılmış “Abituriyent Məsləhət Mərkəzləri” 26 avqust tarixində – şənbə günü də fəaliyyət göstərəcəklər.
Abituriyent Məsləhət Mərkəzləri” saat 10:00-dan 17:00-dək Bakı şəhəri üzrə Memarlıq və İnşaat, Odlar Yurdu, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes və Bakı Avrasiya Universitetlərində, Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində, həmçinin Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində fəaliyyət göstərirlər.

Məsləhət mərkəzlərində ödənişsiz əsaslarla xidmət göstərilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar