iyn
2023
00:11
209

Azərbaycan millisinin baş məşqçisi Türkiyə çempionu oldu

3 iyn, 2023
00:11
209

Azərbaycan millisinin baş məşqçisi Türkiyə çempionu oldu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Türkiyədə titul qazanıb.

Den.az “Report”-a istinadən xəbər verir ki, 36 yaşlı mütəxəssisin idman direktoru olduğu “Fomget” qadınlar arasında Superliqanın qalibi olub.

Paytaxt təmsilçisi finalda “Fənərbağça”nı 4:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Siyasət Əsgərov ötən ilin avqustunda “Fomget” klubunda idman direktoru vəzifəsinə təyinat alıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar