iyn
2023
14:48
285

Qubadlıda avtomobildə köməksiz vəziyyətdə qalan şəxslər xilas ediliblər - FOTO

3 iyn, 2023
14:48
285

Qubadlıda avtomobildə köməksiz vəziyyətdə qalan şəxslər xilas ediliblər - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qubadlı rayonunun Məlikməmmədli kəndi ərazisində vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Hyundai” markalı minik avtomobili torpaq yolda hərəkətdə olarkən batıb və iki nəfər köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobil çıxarılaraq vətəndaşlara müvafiq köməklik göstərilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar