iyn
2023
10:55
181

Evlənmək üçün qaçırılan 15 yaşlı qız ailəsinə qaytarıldı

7 iyn, 2023
10:55
181

Evlənmək üçün qaçırılan 15 yaşlı qız ailəsinə qaytarıldı

Salyanda yeniyetmə qızın evlənmək məqsədilə qaçırılması barədə məlumat yayılıb.

Den.az xəbər verir ki, S.C polisə ərizə ilə müraciət edərək qızının qaçırıldığını deyib.

DİN-in mətbuat xidmətinin Şirvan Regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qaçırılan qız artıq tapılaraq ailəsinə təhvil verilib:

“İyunun 6-da Salyan rayonunun Qarabağlı kənd sakini S.C Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək övladının həmkəndlisi M.Qurbanov tərəfindən qaçırıldığını bildirib.

Daxil olan məlumatla əlaqədar polis tərəfindən dərhal tədbirlər həyata keçirilib, onların yeri müəyyən edilərək RPŞ-nə gətiriliblər. 15 yaşlı qız ailəsinə təhvil verilib. Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar