Xəbərin Kateqoriyası: Xəbərlər

“Liverpul” “Siti”yə, “Barselona” “Roma”ya qarşı

 

Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, ikinci oyun günündə İspaniyanın “Barselona” klubu İtaliyanın “Roma” komandasını qəbul edəcək.

Digər qarşılaşmada isə iki İngiltərə təmsilçisi üz-üzə gələcək. “Liverpul” “Enfild Road”da “Mançester Siti”ni sınağa çəkəcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xatırladaq ki, dünən keçirilən oyunlarda Madridin “Real” klubu səfərdə İtalyanın “Yuventus” komandasını 3:0 hesabı ilə darmadağın edib. Almaniyanın “Bavariya”sı isə səfərdə İspaniyanın “Sevilya” komandasından üstün olub - 2:1.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız