iyn
2023
10:36
177

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi barədə YENİ QƏRAR

8 iyn, 2023
10:36
177

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi barədə YENİ QƏRAR

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddətinin uzadılması ilə bağlı prokurorun təqdimatına baxılıb.

Den.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Səbail Rayon Məhkəməsi təqdimatı təmin edib.


Məhkəmənin qərarı ilə Tofiq Həsənovun həbsdə saxlama müddəti 1 ay uzadılıb.

Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.
Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar