Xəbərin Kateqoriyası: Xəbərlər

İki dövlət futzal üçün Universiadaya qatılmaqdan imtina etdi

 

Aprelin 6-dan etibarən Azərbaycanda I Türk Şurası Universitet İdman Oyunları (Türk Universiadası) keçiriləcək.

Oxu.Az xəbər verir ki, Türk Universiadasının proqramına daxil edilən idman oyunları arasında futzal da var.

İlkin olaraq bu turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan və Qırğızıstan yığmalarının mübarizə aparacağı deyilirdi. Lakin məlum olub ki, bu komandalardan ikisi turnirdən imtina edib. Bunlar Qazaxıstan və Qırğızıstan milliləridir.

Bunu saytımıza açıqlamasında Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin Kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədov da təsdiqləyib:

“Bəli, Qazaxıstan və Qırğızıstan milliləri maliyyə səbəbindən futzal turnirinə qatılmayacaqlarını bildirib. Bu turnirdə yalnız Azərbaycanla Türkiyə iştirak edəcək. Aprelin 7-də bu iki komanda bir görüş keçirib qalibi müəyyən edəcək.

Ancaq Qazaxıstanla Qırğızıstan Universiadanın başqa növlərində təmsil olunacaqlar. Özbəkistanla Türkmənistan isə, ümumiyyətlə, futzalda iştirak edəcəklərinə dair məktub göndərməmişdilər”.

Qeyd edək ki, Universiada altı idman növü ilə təmsil olunur. Bunlar futzal, voleybol, şahmat, stolüstü tennis, cüdo və güləşdir. Açılış mərasimi aprelin 6-da, saat 17:00-da Bakı İdman Sarayında keçiriləcək. Oyunlar saat 10:00 – 18:00 aralığında baş tutacaq. Bağlanış mərasimi aprelin 9-da gerçəkləşəcək.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız