Xəbərin Kateqoriyası: Xəbərlər

Puçdemon Rusiyaya qaçmağı planlaşdırıb

 

Kataloniyanın keçmiş lideri Karles Puçdemon İspaniya hökumətinin təqiblərindən qurtulmaq üçün Rusiyaya qaçmağı götür-qoy edib.

Oxu.Az xəbər verir ki, bu barədə “El Mundo” məlumat yayıb.

Puçdemon Finlandiyada olarkən dilemma ilə üzləşib. Finlandiya hüquq mühafizə orqanlarına İspaniya hökumətindən onun həbsi ilə bağlı order daxil olub.

Puçdemon iki seçim qarşısında qalıb; ya Sankt-Peterburqa ya da Stokholma getməyi götür-qoy edib.

Ancaq sonda qaçaq siyasətçi fin sürücü ilə avtomobilldə 1700 məsafəni qət edib İsveçə yollanmağa üstünlük verib.

Bərə ilə səfər zamanı Stokholmda pasportlar yoxlanıldığından,  İsveçə məhz bu nəqliyyat vasitəsi ilə səfər etmək qərarına gəlib.

İsveçə çatdıqdan sonra o, Danimarka və Almaniyanın ərazisindən, daha əvvəl pənah apardığı Belçikaya qayıtmağı planlaşdırırdı.  Ancaq martın 25-də Danimarka Almaniya sərhədində saxlanılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Almaniya məhkəməsi Puçdemonu girov müqabilində şərti azadlığa buraxıb.İspaniyada dövlətə qarşı qiyamda təqsirləndirilən Puçdemonun Madrida ekstradisiya olunacağı istisna edilmir.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız