iyn
2023
23:33
208

Ağdaşda 17 yaşlı gənc Yuxarı Şirvan kanalında batdı

9 iyn, 2023
23:33
208

Ağdaşda 17 yaşlı gənc Yuxarı Şirvan kanalında batdı FOTO










Ağdaşda 17 yaşlı gənc Yuxarı Şirvan kanalında batıb.Hadisə yerinə xilasedicilər dəvət olunub və hazırda kanalda onun axtarışları davam etdirilir.

DEN.AZ xəbər verir ki, Hadisə Bu gün saat 16:00 radələrində Yuxarı Şirvan kanalının  rayonun Bulaqotağı kəndi ərazisindən  keçən hissəsində qeydə alınıb.Belə  ki, rayonun Orta Ləki kənd sakini 2006 - cı il təvəlludlü Kərimli Samir Mirzə oğlu dostları ilə birlikdə həmin kanalda çimməyə gedib.Onlar bir qədər  çimdikdən sonra dostalrı Samirin suda boğulduğunu görüblər.Dostları onu sudan çıxarmaq istəsələrdə buna müvəffəq ola bilməyiblər və Samir suda batıb.Kənd camaatı Samiri axtarmağa başlayıblar təəssüflər olsun ki buda fayda verməyib.Hadisə yerinə FHN-nin Sularda Xilasetmə Dəstəsinin  əməkdaşları cəlb olunub.Xilasedicilər bir neçə saat axtarışlar etsələrdə hələki heç bir nəticəsi olmayıb.Hazırda suda batan Samir Kərimlinin axtarılıb tapılması  istiqamətində zəruri işlər davam etdirilir.Qeyd edək ki,ailənin böyük oğli olan Samir Kərimli 11 –ci sinif şagirdi idi və 14 İyunda keçriləcək Son Zəng mərasiminə hazırlaşdı.

DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar