12 
iyn
2023
00:47
265

Güclü yağış nəticəsində Ankara metrosunu su basıb

12 iyn, 2023
00:47
265

Güclü yağış nəticəsində Ankara metrosunu su basıb - FOTO

Türkiyə paytaxtında yağan leysan yağışı daşqınlara səbəb olub, metronun “Sıhhiye” stansiyasını su basıb.
Den.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, sərnişinlər təxliyə edilib.
“TRT Haber”in məlumatına görə, küçə və məhəllələr göllərə çevrilib, avtomobillər su altında qalıb. Eyni zamanda, günorta saatlarından şəhərdə yağan yağış daha da intensivləşib.
Zərərçəkənlər barədə məlumat verilmir.
Daha əvvəl Türkiyə Meteorologiya İdarəsi 20 vilayətdə sarı təhlükə səviyyəsi elan edib.
Afyonkarahisar, Amasya, Ankara, Antalya, Burdur, Kankırı, Korum, İsparta, Kastamonu, Kayseri, Kırşehir, Konya, Nevşehir, Niqde, Sivas, Tokat, Yozgat, Aksaray, Karaman və digər vilayətlərdə sarı təhlükə səviyyəsi elan edilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar