Xəbərin Kateqoriyası: Xəbərlər

Sarı dənizdə iki gəmi toqquşub: Ölənlər var

 

Sarı dənizdə iki gəminin toqquşması nəticəsində üç nəfər ölüb, daha üç nəfər itkin düşüb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının sahil mühafizəsi məlumat yayıb.

Məlumata görə, hadisə bu gün gecə baş verib. Tanzaniya bayrağı altında üzən 500 tonluq gəmi Memuldo adasından 10 kilometr şimal-qərbdə Cənubi Koreyanın 15 tonluq balıqçı gəmisi ilə toqquşub.

Ölkənin dəniz polisi insanların axtarışı üçün 17 kater, habelə digər gəmilərə xilas əməliyyatı üçün hadisə yerinin yaxınlığından siqnal göndərib.

Axtarış-xilasetmə işləri davam etdirilir.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız