13 
iyn
2023
17:50
289

Ərdoğanın hər ailədə azı 5 uşaq təklifinə Əliyev belə reaksiya verdi

13 iyn, 2023
17:50
289

Ərdoğanın hər ailədə azı 5 uşaq təklifinə Əliyev belə reaksiya verdi - FOTO VİDEO

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuata bəyanatlarla çıxışları zamanı maraqlı məqam yaşanıb.

Den.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı Azərbaycan əhalisinin sayı məsələsinə toxunaraq “Türkiyədə əhalinin artımı üçün bir ailədə azı 3 uşaq olmasını deyirdim, Azərbaycanda isə bir ailədə azı 5 uşaq olmalıdır” deyə bildirib.

Türkiyə Prezidenti İlham Əliyevə müraciət edərək Azərbaycan əhalisinin sayının 12 milyon olduğunu dəqiqləşdirməyə çalışıb. Prezident isə, öz növbəsində, bu rəqəmin 11 milyona çatmadığını və hazırda 10 milyondan çox olduğunu vurğulayıb. 

Onun sözlərinə görə, Azərbaycanda əhalinin artımına nail olmaq lazımdır: “Bu olduqda, Azərbaycan daha da güclənəcək”.
Prezident İlham Əliyev isə Ərdoğanın bu təklifinə gülümsəyərək reaksiya verib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar