Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər dəfə olduğu kimi, bu dəfə də ilk səfər ənənəsinə sadiq qalıb.
Den.az xəbər verir ki, qardaş ölkənin Prezidentinin ilk səfər edəcəyi ölkə Şimali Kipr Türk Respublikası (ŞKTC) olacaq. "Şimali Kiprə səfəri zamanı Prezident Ərdoğan ŞKTC Prezidenti Ersin Tatarla görüşəcək, - deyə "Yeni Şafak" yazır.
Qeyd edilir ki, Ərdoğan yeni dövr üçün xarici səfərlərinə simvolik start verir. Ənənəsini pozmayan Prezident Ərdoğan iyunun 12-də "Geniş Anadolu coğrafiyası" adlandırılan ŞKTC-dən sonra, iyunun 13-də Azərbaycana səfər edəcək: "Bir gün sonra Ərdoğanın dayanacağı qardaş Azərbaycan olacaq. Prezident Ərdoğan iyunun 13-də Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək. Bu səfər zamanı iki Prezident Qafqazda sülh və sabitlik haqqında mesajlar verəcəklər", - deyə qəzet yazır.
Ərdoğanın Azərbaycana səfərinin tarixi bəlli oldu
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.