13 
iyn
2023
20:21
320

Siyəzəndə ev partladı: İki uşaq və ata xəsarət aldı YENİLƏNİB

13 iyn, 2023
20:21
320

Siyəzəndə ev partladı: İki uşaq və ata xəsarət aldı YENİLƏNİB FOTO-VIDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən çoxmərtəbəli binada partlayış baş verməsi barədə məlumat daxil olub. 
 
Den.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
 
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 42kv.m olan birotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən mənzilin pəncərə çərçivələri yerindən çıxıb, divarlarda çatlar əmələ gəlib, mənzilə ciddi ziyan dəyib. Hadisə nəticəsində ikisi azyaşlı olmaqla üç nəfər vətəndaş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
 

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
 

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.










************
Siyəzəndə evdə dəhşətli partlayış baş verib.

Den.az-ın şimal bürosunun məlumatına görə, ata və iki uşağı ağır xəsarət alıb.

Atanın vəziyyəti ağır olduğundan Bakıya gətirilib, uşaqlar isə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Məlumata görə, ata qazı yandırarkən partlayış baş verib. Hadisə yerinə polis və Təcili Tibbi Yardım əməkdaşları cəlb edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar