30 
iyn
2023
19:38
193

Sumqayıtda DƏHŞƏT: Məhlədə 40 yaşlı kişinin üstünə hücum çəkib, başını almaturla yardılar

30 iyn, 2023
19:38
193

Sumqayıtda DƏHŞƏT: Məhlədə 40 yaşlı kişinin üstünə hücum çəkib, başını almaturla yardılar

Sumqayıtda kişi yaşadığı məhəllədə vəhşicəsinə döyülüb.

“Den.az” xəbər verir ki, Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Elmar Fərzəliyev həyətə düşərkən qəfil naməlum şəxslərin hücumuna məruz qalıb. Dava zamanı əvvəlcə onu döyüblər. Daha sonra başına almaturma ölümcül zərbə vurublar. 

E.Fərzəliyev aldığı zərbədən huşunu itirib. 

Qonşular dərhal əraziyə TTY briqadası çağırıblar. Həkimlərin müayinəsi zamanı 40 yaşlı kişinin ağır kəllə beyin travması aldığı məlum olub.

Hadisənin isə kim və ya kimlər tərəfindən nə üstündə törədildiyi hələki məlum deyil.

Faktla bağlı araşdırma aparılır

Den.az 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar