iyl
2023
18:55
144

Bunu etməmək ürək xəstəliyi riskini artıra bilər

3 iyl, 2023
18:55
144

Bunu etməmək ürək xəstəliyi riskini artıra bilər

Yaponiyada aparılan araşdırmalar göstərib ki, yatmazdan əvvəl dişləri fırçalamamaq ürək xəstəliyi riskini artırır.

Den.az xəbər verir  ki,  bu  barədə məlumat "News Medical" jurnalında dərc olunub.

Araşdırma çərçivəsində 2013-2016-cı illər arasında Yaponiyanın Osaka Universitet Xəstəxanasında yatan xəstələrdən 1675 xəstə seçilib.

İştirakçılar dişlərini gündə iki dəfə səhər və axşam fırçalayanlar, yalnız gecə dişlərini fırçalayanlar, yalnız səhər dişlərini fırçalayanlar və ümumiyyətlə dişlərini fırçalamayanlar olaraq dörd qrupa bölünüblər. 

Tədqiqatçılar iştirakçıların yaşını, cinsini,siqaret tarixçəsini də nəzərə alıb. Bundan əlavə, iştirakçıların sağlamlıq qeydləri dörd müstəqil tədqiqatçı tərəfindən retrospektiv olaraq nəzərdən keçirilib. 

Tədqiqat ürək çatışmazlığı, ürək ritminin pozulması, infarkt, sinə ağrısı, ürək qapağı və cərrahiyyə tələb edən aorta xəstəlikləri kimi ürək-damar xəstəlikləri üzərində cəmlənib. 

Gündə iki dəfə dişlərini fırçalayanların və yalnız gecə fırçalayanların ürək-damar xəstəliklərindən sağ qalma (təxmini) nisbətləri ümumiyyətlə fırçalamayanlara nisbətən əhəmiyyətli dərəcədə yüksək olub. 

Araşdırmanın nəticələri dişləri yalnız səhər fırçalamağın qeyri-kafi olduğunu və gecə fırçalamanın sağlamlıq üçün əhəmiyyətli olduğunu ortaya qoyub.  

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar