iyl
2023
18:17
121

Yolu icazə verilməyən yerdə keçən piyadaların NƏZƏRİNƏ! Maşın sizi vursa... - VİDEO

4 iyl, 2023
18:17
121

Yolu icazə verilməyən yerdə keçən piyadaların NƏZƏRİNƏ! Maşın sizi vursa... - VİDEO

Piyadaların yol hərəkəti qaydalarına riayət etmədən yolun hərəkət istiqamətindən keçmələri ən çox sürücülərə çətinlik yaradır. Təbii ki, belə olan halda bədbəxt hadisənin də baş verməsi qaçılmaz olur.

Den.az ARB TV-yə istinadən xəbər verir ki, əslində bizim də qanunvericiliyimizdə əgər piyadalar təyin olunmayan zolaqlardan keçirsə və buna görə qəza baş verirsə, bundan yol hərəkəti iştirakçısı günahkardı. Sürücü günahkar sayılmır. Amma bizim ümumiyyətlə cəmiyyətimizdə əgər adam vurdunsa, öldüsə, yaralandısa vuran günahkardı. 
Baş Dövlət Yol Polisi İdarəsindən isə deyilir ki, piyadaların xəsarət alması və ya həyatlarını itirməsi ilə nəticələnən yol nəqliyyat hadisəsində qərar verilməzdən əvvəl qəza araşdırlır.

Apardığımız müşahidələr də onu göstərir ki, piyadaların iştirakı ilə baş verən yol nəqliyyat hadisələri demək olar ki, böyük əksəriyyəti onların hərəkəti üçün nəzərdə tutulmayan yerdə baş verir. baş vermiş yol nəqliyyat hadisəsində sürücünün və ya piyadanın günahının olub, olmaması ekspertizanın rəyindən sonra bəlli olur və buna uyğun olaraq da qanuna müvafiq tədbirlər həyata keçirilir. 
Qəza baş verən zaman qəza baş verməsin deyə qəzanın qarşısını almaq üçün hansı addımları ata bilmələri də qiymətləndirilir. Misal üçün əgər toqquşmanın qarşısını ala bilərdisə, sürücü almayıbsa, diqqətsiz olubsa, bunlar hamısı nəzərə alınır. Lakin piyadaya münasibətdə bu nəzərə alınmır ki, misal üçün piyada qəzanın baş berməməsi üçün hər hansı bir addımı atıb mı? Biz görürük ki, atmayıb çox zaman. Halbuki avtobildən fərqli olaraq piyada ani dayana bilir çox zaman. İntihar edən belə insan piyada kimi avtomobil yolunda intihar edirsə, belə orada da sürücü günahkar çıxarılır. Düşünürəm ki, bu qanunlara yenidən baxılmalıdır. 

Çünki əksər hallarda sürücünün səhvi olmasa da, xəsarətalma və ya ölüm halı olduğundan qərar piyadanın xeyrinə çıxarılır. Yəni cəzalandırılan tərəf sürücü olur. Mütəxəssislər deyirlər ki, dünya ölkələrində bu cür hallara yanaşma fərqlidir. Məsələn, Rusiyada magistral, sürətli yollarda qaydaları pozaraq avtomobilin qarşısına çıxan və qəzaya səbəb olan piyada xəsarət alsa, hətta ölsə, sürücü günahkar sayılmır.Yol hərəkəti iştirakçılarının biri xüsusi imtiyazlı olması digərisi imtiyazsız və hər zaman günahkar çıxarılması doğru deyil. Bu ədalət prinsipini pozur. Misal üçün Avstrayada Zalsburq şəhəri var. O tamamilə piyadalar üçün şəhərdir. Orada avtomobil yoxdur. və avtomobil idarə etmək də sərt qanunlarla cəzalandırlır. Bakı isə insanyönümlü şəhər olsa da belə, yəni onsuz da bütün şəhərlər insan yönümlüdür. piyadayönümlü şəhər deyil. bakının özündə heç piyadaların sərbəst hərəkət etməsi üçün səkilər belə mövcud deyil. Piyadaların rahat avtomobil yolunu keçməsi üçün biz görürk ki, piyada keçidləri mövcud deyil. Olan piyada keçidləri standartlara cavab vermir. Piyadalarla iş aparılmır. Piyadaların vəzifələri onlara izah edilmir. Piyada elə düşünür ki, o yola çıxdıqda istənilən formada, istənilən qaydada yolu keçə bilər. Əsla , belə deyil. Qadağan olunmuş yerdən piyadanın yol keçməsi olmaz. Cərimələnməlidir. Cərimələr yüksək olmalıdır. 

Sürücülərlə bağlı cərimələr artırılırsa, qayda pozuntusuna yol verən piyadanın da cərimələri artırılmalıdır. Əks halda mütəxəssislər hərəkət iştirakçılarından birinin məsuliyyətdən yayınmasının böyük faciələrə səbəb ola biləcəyini deyirlər.
[media=]

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar