13 
iyl
2023
11:39
165

Bu gün ibtidai sinif və musiqi fənləri üzrə MİQ imtahanları keçiriləcək

13 iyl, 2023
11:39
165

Bu gün ibtidai sinif və musiqi fənləri üzrə MİQ imtahanları keçiriləcək

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.

Təhsil İnstitutunun nəzdində İnsan Resursları
Mərkəzindən Den.az-a bildirilib ki, bu gün imtahanların ilk seansına ibtidai sinif (Azərbaycan bölməsi), ikinci seansına isə ibtidai sinif (Azərbaycan/rus bölməsi), musiqi fənləri üzrə namizədlər dəvət olunub. MİQ-in test imtahanı mərhələsində namizədlərə 150 dəqiqə vaxt verilir.

Xatırladaq ki, test imtahanları iyulun 11-dən başlanıb və iyulun 15-dək davam edəcək. Ümumilikdə 58 minə yaxın namizədin iştirak edəcəyi imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar