21 
iyl
2023
22:52
238

Ərdoğan Zelenski ilə “Taxıl sazişi”nin uzadılmasını müzakirə etdi

21 iyl, 2023
22:52
238

Ərdoğan Zelenski ilə “Taxıl sazişi”nin uzadılmasını müzakirə etdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən açıqlama verilib.
Danışıq zamanı “Taxıl sazişi”nin uzadılması ilə bağlı müzakirələr aparılıb.


“Ukrayna Prezidenti Zelenskinin istəyi əsasında baş tutan telefon danışığı zamanı liderlər Qara dəniz Taxıl Dəhlizi Sazişinin uzadılması ilə bağlı ətraflı müzakirələr aparıblar. Prezident Ərdoğan sülhün bərqərar olması üçün Türkiyənin gərgin səylər ortaya qoyduğunu bildirib”, - deyə açıqlamada qeyd olunub.

 
Mənbə: DHA

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar