12 
avq
2023
14:45
260

Kirpini kəsib satmaq istədilər, polisə yaxalandılar

12 avq, 2023
14:45
260

Kirpini kəsib satmaq istədilər, polisə yaxalandılar

Zaqatalada qanunsuz ov edən şəxslər saxlanılıb.
 
Bu barədə Den.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verib.
 
Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ov hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Yevlax sakinləri Elçin Nadirov, Elşən Əliyev və Hüseyn Hüseynov saxlanılıblar.
 
Onlardan kəsib satmaq məqsədilə ovladıqları çoxlu sayda kirpi və digər sübutlar götürülüb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar