avq
2023
13:04
244

Qubada qanunsuz kömür quyuları aşkar edilib - FOTO

2 avq, 2023
13:04
244

Qubada qanunsuz kömür quyuları aşkar edilib - FOTO

Qubada qanunsuz  kömür quyuları aşkar edilib. 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Den.az-a verilən məlumata görə Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı  vətəndaşların qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.

Qanunsuz kömür istehsal edənlərin rayonun Xanagah və Tüləkəran kənd sakinləri Rahib Şixzadayev və Mürvət Dadaşov olduqları müəyyən edilib.

Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar