16 
avq
2023
21:43
148

“Mançester Yunayted” Qrinvudla bağlı daxili araşdırmanın tamamlandığını elan etdi

16 avq, 2023
21:43
148

“Mançester Yunayted” Qrinvudla bağlı daxili araşdırmanın tamamlandığını elan etdi

İngiltərənin “Mançester Yunayted” klubu özünün rəsmi saytında komandanın hücumçusu Meyson Qrinvudla bağlı açıqlama yayıb.

Dərc edilən açıqlamada qeyd olunur ki, klubdaxili araşdırma başa çatsa da, 21 yaşlı futbolçunun taleyi ilə bağlı hələ yekun qərar verilməyib.
“İstintaq zamanı ictimaiyyətə açıqlanmayan çoxsaylı sübut və məlumatlar toplanmış, bu işdə bilavasitə iştirak edən və ya bu barədə məlumatı olan şəxslərin ifadələri dinlənilmişdir.

Biz araşdırma mərhələsini tamamladıq və Meyson Qrinvudun gələcəyi ilə bağlı qərar vermənin son mərhələsindəyik.

Mediada yayılan fərziyyələrinin əksinə olaraq, yekun qərar hələ verilməyib və hazırda bu məsələ gərgin daxili müzakirənin predmetidir” – deyə “Mançester Yunayted”in ictimailəşdirdiyi məlumatda qeyd olunur.

Klub zorlama, təcavüz və ölümlə hədələmədə şübhəli bilinən Meyson Qrinvud məsələsinin ictimai rəydə rezonans yaratdığını qeyd edib.
“Biz sizdən aparılan bu hərtərəfli araşdırmanın son mərhələlərdə səbirli olmağı xahiş edirik” – klubun bəyanatında qeyd olunur.

Xatırladaq ki, “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud zorlama və cinsi təcavüzdə ittiham edilirdi. O, 2022-ci ilin yanvarında sosial şəbəkələrdə keçmiş sevgilisi tərəfindən zorakılıq faktını əks etdirən bir sıra fotoların yayılmasınadan sonra saxlanılmışdı. 21 yaşlı futbolçu zorlama, təcavüz, və ölümlə hədələmədə şübhəli bilinirdi.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar