11 
iyl
2023
19:14
285

"Gilan Holdinq" Kəmaləddin Heydərovun nəzarətindən çıxdı?

11 iyl, 2023
19:14
285

"Gilan Holdinq" Kəmaləddin Heydərovun nəzarətindən çıxdı?

Azərbaycanın ən iri şirkətlərindən biri olan "Gilan Holdinq” MMC adının dəyişməsi ilə yenidən gündəmə gəlib. 

Den.az Qaynarinfo-ya istinadən xatırladır ki, "Gilan Holdinq" MMC bundan sonra "Xəzri Solytions” MMC adlanacaq. Şirkətin qanuni təmsilçisi isə Hüseynov Mübariz Əhmədağa oğludur. 

O, ötən ildən etibarən "Gilan Holdinq” MMC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı.

Mübariz Hüseynovdan əvvəl isə bu vəzifədə Cəmil Muradov idi. Cəmil Muradov həm də holdinqə daxil olan bir çox şirkətin qanuni təmsilçisidir.

"Gilan Holdinq”in rəsmi veb-səhifəsində yerləşdirilən məlumata görə, şirkət 1987-ci ildən fəaliyyət göstərir. Holdinq fövqəladə hallar naziri

Kəmaləddin Heydərova məxsus şirkət kimi tanınır. Bir neçə il əvvəl məlumat yayılmışdı ki, şirkət artıq onun nəzarətindən çıxarılır. 

İddialara görə, "Gilan Holdinq”in adının dəyişməsi, bundan əvvəl isə Kəmaləddin Heydərovla qohumluq əlaqələri olduğu bildirilən Cəmil Muradovun

Mübariz Hüseynovla əvəzlənməsi bu prosesin tərkib hissəsidir. 

"Gilan Holdinq” MMC-də onlarla şirkət birləşib. Həmin şirkətləri təqdim edirik: 

INSPECTİON DEVELOPMENT MONİTORİNG
QƏBƏLƏ ASFALT ZAVODU
QƏBƏLƏ TİKİNTİ MƏHSULLARI MÜƏSSİSƏS
GİLAN SERAMİK ZAVODU
GİLAN & KNAUF
GİLAN PACİFİC İNŞAAT
LOTOS
QƏBƏLƏND İSTİRAHƏT VƏ ƏYLƏNCƏ PARKI
GİLAN TURİZM
QƏBƏLƏ OTELİ
GİLAN OTELİ
YENGİCƏ İSTİSU SAĞLAMLIQ MƏRKƏZİ
HEYDƏR ƏLİYEV ADINA KONQRES MƏRKƏZİ
PULLMAN BAKU
QAFQAZ BAKU CİTY HOTEL & RESİDENCES
QAFQAZ PARK HOTEL
QAFQAZ RESORT HOTEL
QAFQAZ POİNT HOTEL
QAFQAZ RİVERSİDE
RESORT HOTEL
QAFQAZ SPORT HOTEL
QAFQAZ SAHİL HOTEL
CRESСENT HOTEL
AGRO-AZƏRİNVEST
BAKI CD EMALI ZAVODU
QƏBƏLƏ FINDIQ EMALI ZAVODU
GİLAN AGROTECH
BELTMANN PİANO ZAVODU
QƏBƏLƏ KONSERV ZAVODU
LƏNKƏRAN KONSERV ZAVODU
GİLAN LİFT ZAVODU
GİLAN DƏYİRMANLARI
GİLAN ZEYTUN
GİLAN PLASTİK
GİLAN SERVİS
GİLAN DƏRİ EMALI ZAVODU
GİLAN ÇAY İSTEHSALI
GİLAN TEKSTİL PARKI
Siyahı "Gilan Holdinq”in saytından götürülüb. Mediada gedən məlumatlarda isə bildirilir ki, holdinqə daxil olan şirkətlərin sayı 300-dən çoxdur.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar