17 
iyl
2023
18:37
228

Bu cərimələrin məbləği ARTDI

17 iyl, 2023
18:37
228

Bu cərimələrin məbləği ARTDI

Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə görə cərimə artırılıb.

Den.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.


Qanuna əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə ediləcək.
***
Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə cərimələr artırılıb.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
***

Standartlara uyğun olmayan nömrələrlə maşın sürənlər 100 manat cərimə ediləcək.

Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyi təsdiq edib.
Dəyişikliklə mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə edənlər 100 manat cərimələnəcək.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar