19 
iyl
2023
10:12
147

Qubada bələdiyyə sədrləri CƏRİMƏLƏNDİ

19 iyl, 2023
10:12
147

Qubada bələdiyyə sədrləri CƏRİMƏLƏNDİ

Qubada iki kəndin bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Den.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Alekseyevka və Xucbala kəndləri ərazilərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduqlarına görə hər iki kəndin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar