22 
iyl
2023
19:09
262

Naxçıvanda keçmiş məmur Cəhri kənd sakinini öldürdü

22 iyl, 2023
19:09
262

Naxçıvanda keçmiş məmur Cəhri kənd sakinini öldürdü

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

Den.az Apa-ya istinadla xəbər verir ki, bu gün baş verən qəza zamanı avtomobil yolu keçən ata və 5 yaşlı oğlunu vurub.

Qəza nəticəsində, Babək rayonu, Cəhri kənd sakini Fərzəliyev Mərhəmət Məhəmməd oğlu ölüb. Oğlu 5 yaşlı Fərzəliyev Məhəmməd Mərhəmət oğlu isə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Məlumata görə, qəzanı törədən bir vaxtlar Naxçıvan şəhər Tikinti, Təmir və Abadlaşdırma İdarəsinin müdiri Xaləddin Rüstəmovdur.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar