14 
avq
2023
19:00
216

Abdullahian Azərbaycanın İrandakı səfirliyinə hücumdan DANIŞDI

14 avq, 2023
19:00
216

Abdullahian Azərbaycanın İrandakı səfirliyinə hücumdan DANIŞDI

Diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinin məsuliyyətinin ev sahibi ölkənin üzərinə düşdüyünü qəbul edirik.

Den.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian media nümayəndələri ilə görüşündə Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror hücumundan danışarkən bildirib.
Onun sözlərinə görə, İran ədliyyə sistemi hadisənin ölçülərini araşdırıb.

Nazir, bu yaxınlarda İran Baş prokurorunun müavininin Azərbaycana səfər etdiyini xatırladıb.
“Azərbaycan Respublikasının İrandakı səfirliyində baş vermiş insidentdə bir çox qeyri-müəyyənliklər olub. Bu, şəxsi qisas xarakteri daşısa da, diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinin məsuliyyətinin ev sahibi ölkənin üzərinə düşdüyünü qəbul edirik. Bundan başqa, bütün dövlətlər diplomatik məkanların və şəxslərin qorunmasına cavabdehdirlər, lakin müasir dünyada belə hadisələr heç də bir ölkənin səfirliyinin bağlanmasına səbəb ola bilməz. Ümid edirik ki, tezliklə bu işlə bağlı məhkəmə qərarı veriləcək. Bizim məhkəmə müstəqildir. Məhkəmənin hökmündən və İranla Azərbaycan arasında əlaqələrin qurulmasına maneə aradan qaldırıldıqdan sonra növbəti addımlar atılacaq”, – XİN rəhbəri əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktından sonra Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini dayandırıb./APA

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar