17 
avq
2023
02:21
179

Azərbaycanlılara hücum edən erməni həbs edildi - BMT qarşısında təxribat

17 avq, 2023
02:21
179

Azərbaycanlılara hücum edən erməni həbs edildi - BMT qarşısında təxribat - FOTO

ABŞ-nin Nyu-York şəhərində yaşayan Azərbaycan icmasının fəalları BMT-nin mənzil-qərargahı önündə aksiya keçirirlər. Aksiya Ermənistanın guya Azərbaycanın Laçın yolunu bağlamaqla “humanitar böhran” yaratdığına dair iddialarına etiraz məqsədi ilə baş tutub.

Den.az” “Report”a istinadən xəbər verir ki, dinc aksiya keçirən həmvətənlərimizə qarşı ermənilər təxribat törədiblər.


Bir neçə erməni əllərində plakatlar və qondarma bayraqlarla azərbaycanlılara hücum ediblər.
Onlar yoldan keçən maşınların qarşısını kəsib və həmvətənlərimizə təzyiq göstəriblər.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın müraciəti ilə Laçın yolunu müzakirə etmək üçün təcili iclas keçirib. Sessiyada Azərbaycanı ölkənin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təmsil edib.
********************
Nyu-York polisi BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən həmvətənlərimizə qarşı təxribat törədən Cobanyan Sulyanı həbs edib.


Polis BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirirən həmvətənlərimizə qarşı təxribat törədən erməniləri sorğuya çəkib.
Əraziyə gələn polis əməkdaşları şikayətçi tərəfləri dinləyir. Polis hadisəyə dair foto və videoları incələyir.
Aksiya iştirakçılarının sorğusu davam edir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar