16 
yan
2024
11:00
99

Şəkidə evdə PARTLAYIŞ: xəsarət alan var

16 yan, 2024
11:00
99

Şəkidə evdə PARTLAYIŞ: xəsarət alan var

Şəkidə yaşayış evində partlayış olub.

Den.az xəbər verir ki, hadisə rayonun Vərəzət kəndində qeydə alınıb. Kənd sakini, 55 yaşlı Arif Feyziyev yaşadığı evin mətbəxtində qaz iyi hiss edib. O, qazın sızdığı yeri tapmaq üçün kibrit yandırıb. Bu zaman alovla müşayiət olunan partlayış baş verib.

Hadisə nəticəsində A. Feyziyev hər iki əlindən termiki yanıq xəsarəti alıb. Ona Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərilib.

Hazırda müalicə xəstəxananın təcili yardım yöbəsində davam edir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar