Xəbərin Kateqoriyası: Qadın dünyası

Üzdəki ləkələri aparan ən ucuz maska. Yalnız 2 inqrediyent


Üz dərisində müxtəlif səbəblərə görə ləkələr əmələ gələ bilər.

Belə ləkələri aparmaq üçün bir çox hallarda sadə vasitələr kömək edir.

Soda və limon maskası sifətin mühitini qələvi mühitə çevirərək dəridəki ləkələrə, sıznaqlara, səpgilərə çox effektli təsir edə bilir. Ümumiyyətlə, bu maska həm də bədəndə əmələ gəlmiş ət xalları, ziyillər, günəş ləkələri üçün də faydalıdır. Maskadan 5-6 dəfə istifadə etdikdən sonra üzdəki ləkələr azalmırsa inad edərək istifadə etmək lazım deyil, deməli ləkələr daxili maddələr mübadiləsinin pozulmasına görə əmələ gəlib daxildən müalicə olunmalıdır.

Maskanın hazırlanması: 1 xörək qaşığı sodanın üstünə təxminən 2 çay qaşığı qədər limon şirəsi sıxılır,  üz dərisinə dairəvi formada çəkilir, 10 dəqiqə saxlanılır, sonra yuyulur, qurudulur və nazik qatla kakao və ya jojobo yağı çəkilir. Maska 2 gündən bir edilməlidir.

Birinci istifadə əl üzərinə edilməlidir, əgər dəridə qızartı, quruluq əmələ gəlibsə istifadə etmək olmaz.  

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız