29 
iyn
2023
13:00
365

Quba məktəblisi Böyük Britaniyaya gedir

29 iyn, 2023
13:00
365

Quba məktəblisi Böyük Britaniyaya gedir -FOTO

Qubanın Rüfət Kəlbiyev adına Xınalıq internat tipli tam orta məktəbinin 6-cı sinfini bitirmiş İbrahim Zeynalov Böyük Britaniyaya yay məktəbinə gedir.

Bir müddət əvvəl yaşadığı kənddə polşalı turist Kamil Cichocki ilə ingilis dilində səlis danışığı ilə gündəmə düşən məktəbli İbrahim Zeynalov Böyük Britaniyaya yollanacaq.

"Den.az"ın Şimal bürosunun xəbərinə görə, Qubanın Rüfət Kəlbiyev adına Xınalıq internat tipli tam orta məktəbinin 6-cı sinfini bitirmiş İbrahim Zeynalov MÜSİAD Azərbaycan təşkilatının dəstəyi ilə İngiltərədə iki həftəlik yay məktəbində olacaq.
Bu barədə onun valideyni Bəhmən Zeynalov açıqlamasında bildirib ki, İbrahimgilin dəstəsi iyulun 4-də yola düşəcək. Atası, hazırda hazırlıq işlərinin aparıldığını deyib.

Xatırladaq ki, İbrahim Zeynalov gələcəkdə Türkiyədə oxumaq arzusunda olduğunu deyib və mart ayında Bakıda olarkən, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tərəfindən də qəbul edilmişdi.

Aydın Adıgözəlov
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar