iyl
2023
02:09
272

Avropa Oyunlarının finalçısı: “Çətin döyüş oldu, rəqibim çox güclü idi”

1 iyl, 2023
02:09
272

Avropa Oyunlarının finalçısı: “Çətin döyüş oldu, rəqibim çox güclü idi” - FOTO

“Çətin döyüş oldu, rəqibim çox güclü idi. Əlimdən gələni etdim, finala yüksəldiyim üçün çox xoşbəxtəm”.
Bunu Jurnalistlərə açıqlamasında III Avropa Oyunlarının yarımfinalında Nelvi Ram Tiafaka (Almaniya) qalib gələn Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+92 kq) deyib.
Finala yüksəlməklə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan dünya çempionatının mükafatçısı bildirib ki, artıq növbəti hədəfi Fransada uğur əldə etməkdir:
“Artıq Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandım. Olimpiadaya ciddi hazırlaşıb, qızıl medal qazanmağı düşünürəm. Ümumiyyətlə, həvəskar boksda güclü nəticələr göstərdikdən, həmçinin Olimpiadada medal qazandıqdan sonra peşəkar boksa keçməyi hədəfləyirəm. Finaldakı rəqibim barədə məlumatlıyam. Onunla İtaliyada təlim-məşq toplanışında sınaq döyüşlərdə gücümü yoxlamışam. Avropa Oyunlarında qızıl medala iddialıyam. Ümid edirəm ki, finalda qalib gələrək birinci olacaq, Azərbaycan xalqını sevindirəcəyəm”.
Qeyd edək ki, M.Abdullayev iyulun 2-də finalda böyük britaniyalı Delişes Ori ilə üz-üzə gələcək. “Report”

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar