29 
iyn
2023
00:08
202

Millimiz Avropa çempionu oldu

29 iyn, 2023
00:08
202

Millimiz Avropa çempionu oldu - FOTO

İspaniyada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.
"Den.az" xəbər verir ki, iki qızıl, iki gümüş və iki bürünc medal qazanan millimiz 144 xal toplayaraq komanda hesabında Avropa çempionu olub. Bu, U-20 yunan-Roma güəşi yığmamızın qitə birinciliklərində topladığı ən yüksək xaldır. Gürcüstan (134) ikinci, Türkiyə (113) isə üçüncü yeri tutub.
Xatırladaq ki, güləşçilərimizdən Elmir Əliyevlə (55 kq) Ruslan Nurullayev (72 kq) qızıl, Davud Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Fəraim Muatafayevlə (63 kq) Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıblar.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar