iyl
2023
11:20
237

Novxanı qəsəbəsində “Makarov” satmaq istəyən şəxs saxlanılıb

5 iyl, 2023
11:20
237

Novxanı qəsəbəsində “Makarov” satmaq istəyən şəxs saxlanılıb - FOTO VİDEO

Novxanı qəsəbəsində “Makarov” satmaq istəyən şəxs saxlanılıb


Den.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Novxanı qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Bölməyə əvvəllər dəfələrlə məhkum olunmuş Abşeron rayon sakini  Emin Əliyevdə silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və sandıqça aşkar edilərək götürülüb. Emin Əliyev odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar